Çörəyin qiymətini alverçilər qaldırır

22 Sentyabr 2012 14:07 (UTC+04:00)

Çörəyin, taxılın qiymətini qaldıranlar bir növ alverçilərdir. SİA-nın xəbərinə görə, bunu Kənd Təsərrüfatı nazirliyinin şöbə müdiri Çingiz Fərəcov bəzi dükanlarda çörəyin qiymətinin süni şəkildə qaldırılması məsələsinə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər un, buğda var:

"Bu il 2 milyon tondan çox buğda istehsal olunub. Bunların məhsulların qiymətini mütəmadi, süni yolla artırırlar və nəticədə xalqı dövlətdən narazı salmağa çalışırlar. Hesab edirəm ki, belə faktlar dövlət qurumları tərəfindən yoxlanılmalı və həmin şəxslər haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülməlidir. Bu barədə həmçinin sadə vətəndaşlar İqtisadi inkişaf Nazirliyinə müraciət etməlidirlər. Bununla belə bu məsələlər Kütləvi İnformasi Vasitələrində (KİV) geniş işıqlandırılmalıdır. Bir sözlə çörəyin, taxılın qiymətini qaldıranlar öz cəzasını almalıdır".