Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov səfirlə görüşüb

20 Sentyabr 2012 12:27 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov sentyabr ayının 20-də Koreyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ço Şu-inni partiyanın mənzil qərargahında qəbul edib. SİA-nın YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Koreya arasında iqtisadi və siyasi əlaqələrin mövcud durumu və inkişaf perspektivləri barəsində bəhs edilib, tərəflər hər iki ölkənin bu cür qarşılıqlı əlaqələrdən fayda gördüyünü qeyd ediblər.

Yeni səfir görüşdə qeyd edib ki, iki ölkə arasındakı mövcud münasibətləri daha da inkişaf etdirmək və qarşılıqlı əməkdaşlığı intensivləşdirmək üçün əlindən gələni əsirgəməyəcək. Daha sonra görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparıb.

Qeyd edək ki, görüşdə YAP-ın İcra katibinin müavini Mübariz Qurbanlı iştirak edib.