Ölülərlə gəzintiyə çıxaq?!

20 Sentyabr 2012 15:59 (UTC+04:00)

İndoneziyanın cənub Sulavesi ərazisinə "Manene" adlı ayin insanın tüklərini biz-biz edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yerli sakinlər ölülərinə olan hörmətlərini nümayiş etdirmək və onları şərəfləndirmək üçün hər 3 ildən bir onların qəbirlərini açırlar.

Açılan qəbirdən çıxarılan ölünün geyimi təmizlənir, ehtiyac olsa yeniləri geyindirilir. Bir ailənin üzvləri bütün qohumlarının məzarlarını açaraq onları bir-bir bayıra çıxarırlar.

Sakinlər üstünü təmizlədikləri və ya geyimini dəyişdirdikləri ölüləri kəndin ətrafında gəzdirirlər. Bu kəndin əhalisi əsrlər keçsə də ölülərin onlarla bərabər olduğuna inanırlar.