Bir neçə gün öncə yol qəzası keçirən xanəndə Elnarə Abdullayevanın vəziyyəti yaxşı deyil. SİA-ya açıqlama verən ifaçı xanım hələ də özünə gəlmədiyini deyir: "Qəzadan sonra belimdə ağrılar var. Tez-tez həkim müayinəsinə gedirəm. Buna görə də efirlərdən uzağam. Həkin tam sağalandan sonra öz işimə qayıtmağımı məsləhət görüb. Allahın işidir, başımıza gəlib, inşallah qısa müddətdə sağalaram".
Xatırladaq ki, müğənni 12 sentyabr səhər saatlarında həyat yoldaşı ilə şəxsi avtomobilində qəzaya uğrayıb. Hadisədən dərhal sonra Respublika xəstəxanasına yerləşdirilən müğənni və həyat yoldaşı, 5 saatlıq ambulator müayinədən sonra evə buraxılıblar.