Ordumuz genişmiqyaslı hərbi təlimlərə başlayıb

20 Sentyabr 2012 13:32 (UTC+04:00)

Azərbaycan Ordusu növbəti genişmiqyaslı hərbi təlimlər keçirir. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə bütün qoşun növləri - Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Təlimlər müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilir.