Yığmamız qələbə qazanıb

18 Sentyabr 2012 13:57 (UTC+04:00)

Ukraynanın Simferepol şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, "Stalker" klubu ilə qarşılaşan yığmamız Ruslan Nəsirli və Bayram Budaqovun dublu sayəsində 4:1 hesablı qələbə qazanıb.