Nazir Bakıya gəlir

17 Sentyabr 2012 11:38 (UTC+04:00)

İndoneziyanın iqtisadiyyat naziri Məhəmməd Xatta Racasın başçılıq etdiyi nümayəndə heyəti bu gün Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin dəvəti ilə Bakıya gəlib.

SİA-nın verdiyi xəbərə görə, nümayəndə heyətinə bu ölkənin Dövlət Neft Şirkətinin prezidenti Karen Aqustiaşan və bir sıra aparıcı şirkətlərin rəhbərləri daxildir.

Səfər Azərbaycanla İndoneziya arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünə həsr olunub. Eyni zamanda səfər çərçivəsində bir çox sahələrdə, o cümlədən energetika sahəsində ikitərəfli əlaqələrin dərinləşdirilməsinə dair məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Məhəmməd Xatta Racasın Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşü, həmçinin azərbaycanlı həmkarları ilə danışıqlar aparması nəzərdə tutulub.