Bu gün Azərbaycanın tanınmış müğənnisi Zamiq Hüseynovun doğum günüdür. 29 yaşına qədəm qoyan müğənni bu dəfə doğum gününü evində, ailəsi ilə birgə keçirməyi qərarlaşdırıb. Bunu müğənni SİA-ya açıqlamasında bildirib: "Bu il 29 yaşım tamam olur, 30 yaşımı böyük təmtəraqla qeyd edəcəm. Ancaq bu gün ailəmin ətrafında, evimdə qeyd etmək istəyirəm. Məni təbrik edən hər kəsə sonsuz təşəkkürümü bildirirəm".
Xatırladaq ki, Zamiq Hüseynov 12 sentyabr 1983 tarixində Füzuli rayonunda dünyaya göz açıb. 1990-cı ildə 53 saylı orta məktəbdə təhsilə başlayıb. 2001-ci ildə məktəbi bitirib. 2001-2004-cü illərdə Asəf Zeynallı adına Musiqi texnikumunda xanəndəlik sinfində Zabit Nəbizadədən dərs alıb.
Zamiqin ilk mahnısı "Dəymərəm qəlbinə" adlanır. Müğənninin ilk albomu olan "Uçduq" ona böyük məhşurluq gətirib. Albomun ən uğurlu mahnısı eyniadlı trek olub. Bu mahnıya klip də çəkilib. İfaçının 2008-ci ildə işıq üzü görən "Sən necə də gözələsən" mahnısı yerli çartlarda birinci yerləri tutub. Hazırda Zamiq Azərbaycan estradasının ən məşhur ifaçılarından biridir.
Biz də öz adımızdan müğənnini təbrik edirik.