"Fənərbaxça"nın braziliyalı kapitanı Aleks de Souza ilə "Beşiktaş"lı Batuhan Karadeniz arasında maraqlı dialoq yaşanıb. Siasport.az saytı Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, bir restoranda 21 yaşlı "Beşiktaş"lı futbolçu ilə üz-üzə gələn A.D.Souza, gözlənilmədən onun əlini öpərək, ətrafdakı hər kəsin təəcübünə və gülüşünə səbəb olub. Batuhana "Sən böyük futbolçusan, ver əlini öpüm" deyən Aleks, Batuhanla bir komandada oynamaq istədiyini dilə gətirib. Gənc futbolçu da zarafata, yarı zarafat, yarı gerçək şəkildə "onda gəl "Beşiktaş"a bir yerdə oynayaq" deyə cavab verib. Braziliyalının bu jesti restorandaakı hər kəsin alqışını qazanıb.