Emin Ağalarov yenidən Bakıda

10 Sentyabr 2012 15:32 (UTC+04:00)

Oktyabrın 7-də Heydər Əliyev Sarayında Azərbaycanın xalq artisti, mərhum Müslüm Maqomayevin anadan olmasının 70 illiyi münasibətilə konsert proqramı təşkil olunacaq. SİA-nın məlumatına görə, "Sən mənim melodiyamsan. Görkəmli müğənniyə həsr olunur..." adlı konsertdə M. Maqomayevin repertuarından ariya və mahnılar ifa olunacaq.

Yubiley konsertində Emin Ağalarov, İosif Kobzon, Lev Leşenko, Vladimir Vunokur, Valeriya, Elçin Əzizov, Fidan və Xuraman Qasımovalar, Səbinə Babayeva çıxış edəcək. Konsertdə biletlər 20-300 manat arasında satışa çıxarılıb.