Azərbaycanda yeni komitə

8 Sentyabr 2012 09:59 (UTC+04:00)

Azərbaycanda daha bir komitə yaradılıb. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumatına görə, prezident İlham Əliyev, İnam Kərimovun Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, İnam Kərimov bu təyinatadək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş şöbəsinin böyük məsləhətçisi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi vəzifəsində çalışıb.