Sumqayıtda sex yanıb

8 Sentyabr 2012 09:50 (UTC+04:00)

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində sexlərin birində yanğın baş verib. Hadisə yerində olan əməkdaşımızın SİA-ya verdiyi məlumata görə, "Aşkarlar" Açıq Səhmdar Cəmiyyətinin ümumi sahəsi 200 kv.m olan "M-1″ sexində tutumu 2 kub olan qurğunun bunkerinin içərisinə yığılmış əlif qalıqları yanıb. Dərhal hadisə yerinə gələn yanğınsöndürənlərin müdaxiləsi nəticəsində qurğu və sex yanğından mühafizə edilib.