Sonuncu fişəng

6 Sentyabr 2012 15:57 (UTC+04:00)

Hindistanın cənubunda fişəng fabrikində baş verən güclü yanğın 40 nəfərin canını alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkənin Tamil Nadu əyalətinin ən böyük fabriki olan "Om Siva Shakti"-nin böyük hissəsini əhatə edən yanğın 35 nəfərin də yaralanmasına səbəb olub.

Qeyd edək ki, həmin bölgədə bir neçə fişəng fabrikləri var. Hindistanda toylarda və dini festivallarda fişənglərdən istifadə edilir.