Türkiyəli ulduz artıq Bakıdadır

6 Sentyabr 2012 10:19 (UTC+04:00)

8 sentyabr Bakının Kempinski otelində məşhur müğənni Sevda Yahyayeva ilə birgə konsert verməyə hazılaşan türkiyənin tanınmış DJ-i Erdi Erdoğan artıq Bakıdadır. Konsertin təşkilatçılarından olan Samir Xəttabın SİA-ya verdiyi məlumata görə, dj bu gün səhər saat 06:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Türkiyəli ulduzu qarşılamağa Samirlə birgə konsertin digər təşkilatçıları olan Əli Hüseynov da gedib.

Daha geniş məlumatı gün ərzində oxucularımıza çatdıracayıq.