Cəbhədə vəziyyət gərgindir

6 Sentyabr 2012 10:07 (UTC+04:00)

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Atışmalar əsasən Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, işğal olunmuş Ağdam rayonunun Mərzili, Cəvahirli, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu; Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Xocavənd, Goranboy, Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdə qeydə alınıb.

Müdafiə Nazrirliyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.