Böyük Britaniyanın paytaxtı Londonda XIV Paralimpiya Oyunları davam edir. Siasport.az saytının məlumatına görə, 100 metr məsafəyə arxası üstə üzgüçülük yarışlarında mübarizə aparan idmançımız Natali Pronina ilk mərhələdə 1 dəqiqə 12 saniyə göstərici ilə qrupda ikinci olub. Bu göstərici ilə idmançımız finala yüksəlib.
Qeyd edək ki, N.Pronina sərbəst üsulla 100 və 200 metr məsafələrə üzgüçülük yarışlarında gümüş medal qazanıb.