Hizbullah təşkilatının lideri Həsən Nəsrullah, İsrail və Amerikanın qarşısında olan hər bir rejimi dəstəklədiyini bildirib.
Nəsrullah: ''Amerika Suriyaya, İran və Hizbullahla əlaqəsini kəsməsi qarşılığında Suriyadakı böhrana son verəcəyinə söz vermişdi. Amerika Suriyada hadisələrin genişlənməsini, Suriyanın tamamilə yıxılmasını istəyir. Amerika İraqda da eyni siyasəti tətbiq etmişdi'', -deyə bildirib.
Tunis, Misir, Liviya, Yəmən və Bəhreyndəki bütün qüvvələrin Hizbullahın İsrailə qarşı müqavimətinə xidmət etdiyini qeyd edən Nəsrullah: "O bölgələrdəki rəhbərliklərin Fələstin məsələsi və İsrailə qarşı fikirlərini bilirdik. Suriyadakı hadisələr yaşanana qədər baş verən qiyamlar xalq qiyamları idi '', deyə sözlərinə əlavə edib.