Bakı Metropolitendən SİA-ya verilən məlumata görə, "Xətai" stansiyasının dalanında axıntı əmələ gəldiyindən stansiyasının fəaliyyəti müvafiq tədbirlərin görülməsi məqsədilə müvəqqəti dayandırılıb.
Bir saat ərzində axıntının qarşısı alınıb və stansiyanın tam normal fəaliyyəti təmin edilib.