DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də İsrail, sentyabrın 11-də isə Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Siasport.az saytının məlumatına görə, qapıçı Andrey Popoviç heyətdən çıxarılıb, onun əvəzinə Aqil Məmmədov milliyə çağırılıb.