Bakı Metropolitenindən açıqlama gəldi

5 Sentyabr 2012 09:41 (UTC+04:00)

Bakı Metropoliteninin daha bir stansiyasının fəaliyyəti səhər saatlarında dayanıb. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva SİA-ya açıqlamasında deyib ki, bu gün saat 08:00-dan 08:10-dək "Xətai" metrostansiyası fəaliyyəti məlum olmayan səbəblərdən bir müddətlik bağlanıb: "Hələlik səbəb məlum deyil. Bununla bağlı rəhbərlik səviyyəsində müvafiq açıqlama veriləcək. Lakin hazırda metroda hərəkət və gediş-gəliş bərpa olunub".