DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsrail oyunu rəqib komandaların da diqqət mərkəzindədir. Siasport.az saytının məlumatına görə, Portuqaliya Futbol Federasiyası tərəfindən Bakıya ezam olunmuş məşqçi Jose Carneiro millimizin İsrail yığmasına qarşı oyununu izləyəcək.