Taylandın Pattaya şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir. Siasport.az saytının məlumatına görə, çempionatın ilk günü 50, 60, 74 və 96 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparırlar.
Yarışda 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Bazarov Aşkan Həsən Qolikianini (İran), Hyeok Jin Jeonu (Koreya Respublikası), Tolqahan Karataşı (Türkiyə) və Andrey Çaryuku (İsrail) məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə güləşçimizin rəqibi rusiyalı Artur Labazanov olub. O bu rəqibindən də üstün olaraq, qızıl medal qazanıb.
FİNAL - Artur Labazanov (RUS) - Murad Bazarov (AZE) (2:0, 0:2, 0:1)