Transfer işlərini davam etdirən "Beşiktaş" "İstanbul BB"da forma geyən Gökhan Süzəni komandasına daxil edib. Siasport.az saytının məlumatına görə, "Beşiktaş" heyətini Gökhan Süzənlə daha da gücləndirib. Belə ki, "İstanbul BB"un formasını geyən 25 yaşlı futbolçu bundan sonra "ağ-qaralı" komandanın uğuru üçün mübarizə aparacaq.
Məlumat üçün bildirək ki, "İstanbul BB"un Əmrə Özkan və hələlik rəsmi elan olunmayan məvacib qarşılığında Gökhan Süzəni "Beşiktaş"a verdiyi bildirilir. 2006-2007 mövsümündən etibarən "İstanbul BB"də forma geyən yarımmmüdafiəçisi Gökhan çıxış etdiyi 99 Super Liqa matçında 2 dəfə azarkeşlərə sevinc bəxş edib.