"Bakı" yenə "Bakı" ilə qarşılaşacaq

4 Sentyabr 2012 10:24 (UTC+04:00)

Avqustun 31-də futbolçulara qısa istirahət verən "Bakı"nın baş məşqçisi Bojidar Bandoviç yenidən komandanı bir araya gətirib. Siasport.az saytının məlumatına görə, milli komandalara çağırılan oyunçularının yoxluğunda toplanan heyət məşqlərə başlayıb.

"Zolaqlılar" çempionatda yaranan fasilədən maksimum yararlanmaq niyyətindədirlər. Belə ki, avqustun 7-də "Bakı"nın "A" komandası klubun əvəzedici heyəti ilə yoldaşlıq oyunu keçirəcək.