"Çelsi"nin ulduz futbolçusu İstanbulda!

3 Sentyabr 2012 22:39 (UTC+04:00)

İstanbulun "Fənərbaxça" futbol klubunun İngiltərənin "Çelsi" klubundan transfer etdiyi portuqaliyalı futbolçu Raul Meriles, bir neçə saat bundan əvvəl istanbula gəlib. Siasport.az saytı Türkiyənin "Ligtv.com" idman saytına istinadən xəbər verir ki, portuqaliyalı futbolçunu və onun menecerini hava limanında "Fənərbaxça" futbol klubunun rəsmisi Hasan Çetinkaya qarşılayıb. Ulduz futbolçunun sabah tibbi müayinədən keçəcəyi və klubla müqavilə bağlayacağı bildirilir.