“Subaylıq - Sultanlıq”

31 Avqust 2012 14:41 (UTC+04:00)

Azərbaycan estradasının tanınmış müğənnisi Niyam Salami "Subaylıq - Sultanlıq" adlı mahnıya klip çəkdirib. SİA-nın verdiyi xəbərə görə, mahnının sözləri Ülviyyə Alovluya, musiqisi Rəhim Rəhimliyə aiddir.

Klip çəkilişləri İçəri Şəhərdə baş tutub. Klip boyu Niyam İçəri Şəhərin dar küçələrini gəzən sevgidən nakam qalan gəncin surətini canlandıraraq ətrafına xeyli insan toplayır.

Qeyd edək ki, Subaylıq - Sultanlıq" adlı klipin rejissoru Kənan Musayevdir.