Dünyanın ən balaca bacı və qardaşı

31 Avqust 2012 07:50 (UTC+04:00)

Bricit və Bredli Cordanlar dünyanın ən balaca bacı və qardaşı kimi Ginnesin Rekordlar Kitabına düşüblər. Xarici mətbuat xəbər verir ki, bacı və qardaşda ikinci tip osteodisplaz xəstəliyi var. ABŞ-da təxminən 200 min nəfərin əziyyət çəkdiyi bu xəstəlik sümükləri və beyni inkişafdan saxlayır.

23 yaşlı Bricitin boyu 68, qardaşı Bredin isə boyu 90 santimetrdir.