Mətbuat konfransı başa çatdıqdan sonra tamaşaçıların alqış sədaları altında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi talismanı Top-top Qız rəqs edərək stadiona daxil olub.
Festival zamanı futbola maraq göstərən qızlar üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının məşqçiləri tərəfindən ustad dərsləri keçirilib. "Live Your Goals" çərçivəsində azarkeşlər arasında futbolla bağlı müsabiqə keçirilib və sualları düzgün cavablandıranlara hədiyyələr təqdim olunub.
Xatırladaq ki, bu, sayca beçinci "Live Your Goals" festivalıdır. İlk dəfə bu ilin mart ayında AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçirilmiş festival daha sonra – apreldə Zaqatala Olimpiya İdman Kompleksində, iyun ayında Quba Olimpiya İdman Kompleksində, iyulda isə Şəki şəhər stadionunda təşkil olunmuşdu.