Azərbaycan üzgüçüsü XIV Paralimpiya Oyunlarının finalına çıxdı

30 Avqust 2012 15:51 (UTC+04:00)

Böyük Britaniyanın paytaxtı Londonda XIV Paralimpiya Oyunları davam edir. Siasport.az saytının məlumatına görə, 400 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında mübarizə aparan idmançımız Natali Pronina ilk mərhələdə 4 dəqiqə 58 saniyə göstərici ilə qrupda dördüncü olub.
Digər qrupun idmançıları da yarışdıqdan sonra finala yüksələn 8 üzgüçünün adı müəyyənləşib. Bu idmançılar arasında Azərbaycan üzgüçüsü Natali Pronina da var. Final yarışı avqustun 30-da saat 21:47-də keçiriləcək.