“Star-2012” milli mükafatının sahibləri kimlərdir?

30 Avqust 2012 13:24 (UTC+04:00)

Mədəniyyət və Turizm Xəbərləri internet portalının təsis etdiyi "Star-2012" milli mükafatının sahiblərinə təqdim ediləcəyi gün məlum olub. SİA-nın verdiyi xəbərə görə, tanınmış teleaparıcı İlahə Nizamiqızının təqdimatında baş tutacaq tədbir sentyabr ayının 5-də "Excelsior" hoteldə keçiriləcək.

Qeyd edək ki, mükafatlar şou-biznes nümayəndələrinə, TV və Radio verilişlərinə, verilişlərin aparıcılarına, klipmeykerlərə, prodüserlərə, qəzet və internet portallarına və onların yazarlarına, model və modelyerlərə və başqalarına təqdim olunacaq.