Qardaş Türkiyə mətbuatı, İstanbulun "Beşiktaş" futbol klubunda futbolçular arasında ciddi qarşıdurmanın yaşandığı barədə xəbərlər dərc edir. Siasport.az saytı xəbər verir ki, "Sabah" qəzeti, "qara qartal"da komandanın kapitanı İbrahim Toraman ilə yeni transfer, keçmiş "Fənərbaxça"lı olan Uğur Boral arasında "Qalatasaray"la keçirilən derbidən sonra yumru davası yaşandığı barədə yazı dərc edib. Qəzet iddia edir ki, keçən həftə "Qalatasaray"la keçirilən və 3:3 hesablı nəticə ilə başa çatan derbi oyunundan sonra soyunma otağında bu iki futbolçu arasında yumruk davası olub. Səbəb kimi isə U.Boralın kapitan İ.Toramana ötürmə verməməsi olub. Məlumata əsasən portuqlaiyalı fernandesin və digər futbolçuların sərt müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümükün olub. Lakin qəzet yazır ki, hər iki futbolçu indinin özündə də bir-biri ilə soyuq münasibtdədirlər.