"Qalatasaray" prezidentindən Kaka açıqlaması !

29 Avqust 2012 13:04 (UTC+04:00)

İstanbulun "Qalatasaray" futbol klubunun prezidenti Ünal Aysal, yenidən bir sıra açıqlamalarla gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, türkiyəli həmkarlarımızın suallarını cavablandıran "Qalatasaray" prezidenti bildirib ki, onun komandası "Fənərbaxça"nın UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsini arzu edir. Ü.Aysal qeyd edib ki, onlar Çempionlar Liqasında "Fənərbaxça" ilə bir qrupda mübarizə aparmağı çox arzulayırlar. Kakanın transferi ilə bağlı danışan Ü.Aysal bildirib ki, braziliyalı futbolçu Türkiyədə deyil, İngiltərə və Almaniayada oynamaq istəyir.