Azərbaycan Premyer Liqasının IV turunda "Qəbələ" "Sumqayıt"la qarşılaşdı. Siasport.az saytının məlumatına görə, öz meydanındakı uğurlu seriyasını davam etdirən komanda 4:1 hesablı qələbə qazandı. Növbəti böyükhesablı qələbə dubl, ilk, həmçinin yubileylərlə əlamətdar oldu.
- "Qəbələ" ardıcıl 4-cü dəfə ev oyununda qalib gəldi. Sonuncu dəfə aprelin 7-də "Xəzər Lənkəran"a uduzan komanda 119 gündür qonaqlara xal vermir.
- Bundan əvvəlki 3 ev oyununda qapısından qol buraxmayan "Qəbələ" sonuncu dəfə 119 gün əvvəl "Xəzər Lənkəran"la matçda qapısında qol görmüşdü. Həmin matçda Branimir Subaşiçin 3-cü dəqiqədə fərqlənməsindən sonra 375 dəqiqə idi meydan sahibləri qol buraxmırdı. "Sumqayıt"lı Ruslan Qurbanov bu seriyanı dayandıra bildi.
- "Sumqayıt" ilk komanda oldu ki, Premyer Liqada ən azı 3 oyunda "Qəbələ"yə məğlub olub. Komandanın Premyer Liqada daha 2 rəqibi var ki, onlarla oyunlarda "Qəbələ" xal itirməyib. Bunlar ABN və "Bakılı"dır ki, onların hərəsi 2 dəfə məğlub edilib.
- Sonuncu dəfə ötən mövsümün 30-cu turunun "Bakı" ilə oyununda (4:0) böyük hesabla qalib gələn "Qəbələ" 119 gündən sonra darmadağına imza atdı.
- Cari mövsümdə ilk belə qələbəsini qazanan komanda ümumilikdə tarixində 29-cu dəfə böyük hesabla qalib gəldi. Bu, 2012-ci ildə 4-cü böyük hesablı qələbədir ki, hər dəfə "Qəbələ" 4 qolla buna nail olub.
- 29 qələbənin 11-i birinci dəstə, 4-ü ölkə kubokuna təsadüf edibsə, Premyer Liqada 14-cü dəfə 3 və ya daha çox top fərqi ilə qələbə əldə olunub.
- "Qəbələ" 18-ci dəfə öz meydanında böyük hesabla qalib gəlib. Bunların 7-si birinci dəstə, 2-si kuboka təsadüf etmişdisə 9-cu dəfə Premyer Liqa qonaqlar darmadağın edildi. Digər 11 darmadağın isə səfərdə gerçəkləşib.
- Premyer Liqadakı 14 böyükhesablı qələbənin 7-si Ramiz Məmmədov, 3-ü Toni Adams, 4-ü Fatih Kavlakın baş məşqçiliyi dövrünə təsadüf edib.
- 3-cü dəfə "Sumqayıt"la qarşılaşan komanda tarixində ilk dəfə bu rəqibə 3 top fərqilə qalib gəldi. Böyük hesabla məğlub etdiyi rəqiblər sırasında 20-ci "qurban" olan "Gənclik şəhəri" təmsilçisinə qədər MOİK ilə "Muğan"ın hərəsini 3, "Şərur", "Gənclərbirliyi-2", "Energetik", "Şahdağ" (Quba) və "Simurq"un hərəsini 2 dəfə məğlub edən "Qəbələ" futbolçuları digər 13 rəqibi 1 dəfə ağır məğlubiyyətə məruz qoyublar.
- "Qəbələ"nin bütün böyük hesablı qələbələri
2005/06 |
21.09.2005 |
Birinci divizion |
Göy-Göl (Xanlar) - Şərur (Bakı) |
8:0 |
2005/06 |
15.10.2005 |
Azərbaycan kuboku |
MOİK (Bakı) - Göy-Göl (Xanlar) |
0:4 |
2005/06 |
16.11.2005 |
Birinci divizion |
Göy-Göl (Xanlar) - Gənclərbirliyi-2 (Sumqayıt) |
4:1 |
2005/06 |
07.12.2005 |
Birinci divizion |
Energetik (Mingəçevir) - Göy-Göl (Xanlar) |
0:3 |
2005/06 |
15.02.2006 |
Birinci divizion |
Şərur (Bakı) - Gilan (Xanlar) |
0:3 |
2005/06 |
22.02.2006 |
Birinci divizion |
Gilan (Xanlar) - Rote Fahne (Tovuz) |
4:1 |
2005/06 |
08.03.2006 |
Birinci divizion |
Gilan (Xanlar) - Viləş (Masallı) |
3:0 |
2005/06 |
22.03.2006 |
Birinci divizion |
Gilan (Xanlar) - Ədliyyə (Bakı) |
4:0 |
2005/06 |
19.04.2006 |
Birinci divizion |
Gənclərbirliyi-2 (Sumqayıt) - Gilan (Xanlar) |
1:4 |
2005/06 |
10.05.2006 |
Birinci divizion |
Gilan (Xanlar) - Energetik (Mingəçevir) |
6:0 |
2005/06 |
17.05.2006 |
Birinci divizion |
Yeni Yevlax - Gilan (Xanlar) |
0:3 |
2005/06 |
24.05.2006 |
Birinci divizion |
Gilan (Xanlar) - Şahdağ-2 (Qusar) |
4:0 |
2006/07 |
12.09.2006 |
Azərbaycan kuboku |
Şahdağ (Quba) - Gilan (Qəbələ) |
2:5 |
2006/07 |
16.10.2006 |
Azərbaycan kuboku |
Gilan (Qəbələ) - Şahdağ (Quba) |
6:0 |
2007/08 |
11.11.2007 |
Premyer Liqa |
Gənclərbirliyi (Sumqayıt) - Qəbələ |
0:6 |
2008/09 |
09.08.2008 |
Premyer Liqa |
Qəbələ - Muğan (Salyan) |
4:1 |
2008/09 |
17.08.2008 |
Premyer Liqa |
MOİK (Bakı) - Qəbələ |
0:3 |
2008/09 |
05.10.2008 |
Premyer Liqa |
Qəbələ - Bakılı |
3:0 |
2008/09 |
14.02.2009 |
Premyer Liqa |
Muğan (Salyan) - Qəbələ |
0:4 |
2008/09 |
22.03.2009 |
Premyer Liqa |
Qəbələ - Karvan (Yevlax) |
3:0 |
2009/10 |
07.11.2009 |
Premyer Liqa |
Qəbələ - Muğan (Salyan) |
3:0 |
2010/11 |
27.11.2010 |
Premyer Liqa |
Qəbələ - Simurq (Zaqatala) |
4:0 |
2010/11 |
04.12.2010 |
Premyer Liqa |
MOİK (Bakı) - Qəbələ |
0:3 |
2010/11 |
17.04.2011 |
Premyer Liqa |
Qəbələ - Simurq (Zaqatala) |
3:0 |
2011/12 |
30.11.2011 |
Azərbaycan kuboku |
Qəbələ - Neftçala |
3:0 |
2011/12 |
03.03.2012 |
Premyer Liqa |
Rəvan (Bakı) - Qəbələ |
0:4 |
2011/12 |
11.03.2012 |
Premyer Liqa |
Qəbələ - Neftçi (Bakı) |
4:1 |
2011/12 |
29.04.2012 |
Premyer Liqa |
Qəbələ - Bakı |
4:0 |
2012/13 |
26.08.2012 |
Premyer Liqa |
Qəbələ - Sumqayıt |
4:1 |
- "Sumqayıt" ilə oyunda "Qəbələ"nin futbolçusu Umar Kalabane dubla imza atdı. Bu matçadək klub tarixində 21 dubl var idisə, qvineyalı 22-ci dəfə 1 matçda 2 qolun vurulmasında pay sahibi oldu.
- İlk dəfə buna nail olan afrikalı klub tarixində dubl etmiş sayca 16-cı futbolçu oldu.
- 2008/09 mövsümündə dubl edən Kənan Kərimovdan sonra artıq 9-cu dəfə "Qəbələ"nin dubluna legioner imza atıb.
- Ümumilikdə Kənan hamıdan çox – 4, Rövşən Əhmədov, Vüsal Qarayev, Yannik Kamanan hərəyə 2 dubl müəllifi olublar.
- Bu 22 dubldan 4-ü birinci dəstə, 4-ü ölkə kubokuna təsadüf edibsə, Premyer Liqada 14 belə hal yaşanıb.
- "Qəbələ"nin bütün dublları
2005/06, I dəstə: Rövşən Əhmədov – 2, İbrahim Hüseynov, Qədir İlyasov – hərəyə - 1
2006/07, güclülər dəstəsi: Vüsal Qarayev - 1
2006/07, kubok: Vüsal Qarayev – 1
2007/08, güclülər dəstəsi: Bokunqu Ncioli Fiston, Vitali Balamestnı – hərəyə 1
2008/09, Premyer Liqa: Kənan Kərimov - 2
2008/09, kubok: Kənan Kərimov - 2
2009/10, Premyer Liqa: İqor Melnik, Kristian Torres, Tomaş Stolpa - hərəyə 1
2010/11, Premyer Liqa: Deon Barton – 1
2011/12, Premyer Liqa: Yannik Kamanan – 2, Luiz Hilario - 1
2011/12, kubok: Serge Cehua – 1
2012/13, Premyer Liqa: Umar Kalabane - 1
- Rəşad Abdullayev "Qəbələ"də ilk qolunu vurdu. O, klubun tarixində qol vuran 72-ci futbolçu oldu.
- Yarımmüdafiəçi həm də Premyer Liqada qol vuran 53-cü "Qəbələ"li oldu.
- Cari mövsümdə ilk dəfə fərqlənən Bruno da Silva 631 gündən sonra rəqib qapısına yol tapdı. O, sonuncu – bu matçadək yeganə olan qolunu 2010-cu il dekabrın 4-də MOİK-lə səfər matçında vurmuşdu.
- Yannik Kamanan "Qəbələ"də 20-ci oyununu keçirdi.
- Bruno da Silvanın vurduğu qol "Qəbələ"nin ev oyunlarında 175-ci qolu oldu.
- Fatih Kavlakın rəhbərliyi altında 10-cu ev qələbəsini qazanan komandanın üzvü Umar Kalabanenin ilk qolu türkiyəlinin rəhbərliyi vaxtında ümumilikdə 25-ci, Premyer liqada 20-ci ev qolu oldu.
- Həmin qol Kavlaklı "Qəbələ"nin ümumilikdə 40-cı, çempionatda 35-ci qolu kimi də tarixə düşdü.