Metroda qatarların gecikməsinə səbəb nə olub?

28 Avqust 2012 11:26 (UTC+04:00)

Bu gün saat 10-30 radələrində Bakı Metropolitenin "20 yanvar" stansiyasının "Həzi Aslanov " istiqamətində hərəkət edən qatarlar gecikib. Qeyd edək ki, qatarların gecikməsi təqribən 20 dəqiqə olub. Qatarların nəzərdə tutulmuş intervaldan gec gəlməsi stansiyada sıxlığa səbəb olub. Məsələyələ bağlı hələlik Bakı Metropoliteni rəsmi açıqlama verməyib.