Rauf Əliyevin "Xəzər Lənkəran”a keçidi alınmadı

28 Avqust 2012 10:42 (UTC+04:00)

"Qarabağ"ın və millimizin hücumçusu Rauf Əliyevin "Xəzər Lənkəran"a keçidi alınmayıb. Siasport.az saytrının məlumatına görə, bu barədə açıqlama verən cənub təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirov hər iki klubun anlaşdığını, ancaq futbolçunun Ağdam təmsilçisi ilə razılığa gəlmədiyini bildirib. O, ən azı qış transfer dövrünə qədər bu keçidin gerçəkləşməyəcəyini vurğulayıb.