Tələbə Qəbulu üzrə Dövlət Komissiyası baza ali tibb təhsili əsasında rezidenturaya keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, rezidenturaya hazırlaşanlara kömək məqsədilə keçirilən sınaq imtahanlarının nəticələriqurumun rəsmi internet saytında yerləşdirilib.
Qeyd edək ki, rezidenturaya qəbul imtahanının birinci mərhələsi sentyabrın 8-də, ikinci mərhələsi sentyabrın 9-da keçiriləcək. İmtahanda iştirak etmək üçün namizəd sentyabrın 5-dən 7-dək elektron ərizəsinə daxil olaraq, imtahanın hər bir mərhələsi üçün ayrılıqda "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edib götürülməlidir.