Kreditlərin ödəmə müddəti bitdi

26 Avqust 2012 02:49 (UTC+04:00)

Kredit təşkilatlarının ayırdıqları kredit resurslarının məbləği iyul ayının 1-i vəziyyətinə 10,8 milyard manata çatıb və ötən ilin müvafiq dövrünə nisbətən 21 faiz artıb.

SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, verilmiş kreditlərin 7,8 milyard manatı uzunmüddətli olub, 706,7 milyon manatının isə ödəmə müddəti ötüb.