Cəbhədən yenə atəş səsləri gəlir

24 Avqust 2012 09:39 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şurabad və Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.