Səfər Əbiyev uğurlar arzuladı

23 Avqust 2012 12:43 (UTC+04:00)

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon-Lotemi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Nazir Səfər Əbiyev Mixael Lavon-Lotemin fəaliyyətini yüksək qiymətləndirib və bundan sonrakı işlərində ona uğurlar arzulayıb.