ABŞ Ermənistana xəbərdarlıq etdi

22 Avqust 2012 15:33 (UTC+04:00)

Beynəxalq sanksiyalarla sıxışdırılan İran bank fəaliyyətini Ermənistanda genişləndirmək istəyir. Bu barədə "Reuters" agentliyinin 21 avqsutda tarixli məqaləsində bildirilir.

Məqalədə yazılıb ki, İran qonşu Ermənistana artan marağını Qərb ölkələri və xüsusi xidmət orqanları tərəfindən "nüvə proqramının boğulması" ilə bağlı beynəlxalq təzyiqlər olanda göstərir.

"İranla sıx əlaqələri olan və Avropa Birliyi ilə daha yaxın münasibətlərin yaradılması üçün böyük səylər sərf edən Ermənistan kimi belə keçmiş sovet respublikasında yerli valyuta üçün dayaq Tehran üçün xarici müştərilərlə ödənişlərin gizlədilməsini və İranın nüvə proqramının genişlənməsinin qarşısını almağa çalışan Qərbi aldatmağın yollarını asanlaşdırır"", - deyə məqalədə bildirilir.

"Reuters" qeyd edir ki, erməni vəzifəli şəxsləri İranla qeyri-qanuni bank əlaqələrini etiraf etmirlər. Lakin buna baxmayaraq amerikalı məmurlar onları maliyyə nəzarətinin artırılacağı ilə bağlı xəbərdarlıq edirlər.

Məqalədə vuruğulanan əsas məqamlardan biri də İranla Ermənistanın neft kəməri sahəsində ticarət əməkdaşlığıdır. Daha doğrusu, 2014-cü ildə tikintisinə başlanacaq neft kəməri transsərhəd bank fəaliyyətinin müəyyən formasını tələb edir. İran prezidenti Mahmud Əhmədinejad isə çıxışında bildirib ki, iki ölkə arasında illik ticarət dövriyyəsi 1 milyard dollar təşkil edir.

Bu yaxınlarda Vaşinqton məsələ ilə bağlı narahatlğını Ermənistanən rəsmi şəxslərinə bildirib. ABŞ Dövlət Departametinin yüksək vəzifəli məmuru bildirib ki, Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton iyunda İrəvana səfəri zamanı bu ölkənin prezidenti Serj Sarkisyanla bununla bağlı müzakirələr aparıb.