Bu günün tarixi, tarixin bu günü

22 Avqust 2012 09:57 (UTC+04:00)

1543-cü ildə Osmanlı dəniz naziri Barbaros Xeyrəddin Paşa Tunisi ələ keçirib

1642-ci ildə İngiltərədə vətəndaş müharibəsi başlayıb

1819 - Azərbaycanda ilk alman koloniyası - Helenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarının razılığı ilə başlanmışdı. Helenendorfun əsası Vürtemberq krallığından gələn icma tərəfindən qoyulub. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salınıb. 1938-ci ildə qəsəbə Xanlar adlandırılıb, 1941-ci ildə isə Stalinin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Milli Məjlis Xanların Göygöl adlandırılması barədə qərar qəbul edib.

1864-cü ildə 12 ölkə ilk Cenevrə konvensiyasını imzalayıb

1891-ci ildə çex yazıçı Jan Neruda vəfat edib

1941-ci ildə alman orduları Leninqradı mühasirəyə alıb

1985-ci ildə azərbaycanlı futbolçu Ruslan Məcidov anadan olub

1993 - Lənkəranda Ələkram Hümbətovun qondarma rejiminə ("Talış-Muğan Respublikası") qarşı xalqın kütləvi aksiyaları başlanıb. Heydər Əliyevin televiziya ilə müraciətindən sonra minlərlə şəhər sakini etiraz mitinqinə çıxıb.Mitinq Ə.Hümbətovun dəstəsi tərəfindən atəşə tutulub, 3 nəfər həlak olub, cinayətkar dəstə isə dağlara qaçıb. Avqustun 23-də Lənkəran və ətraf rayonlarda qanuni hakimiyyət bərpa olundu. Ə.Hümbətov və dəstəsi həmin ilin payızında ələ keçirildi. Heydər Əliyevin təmkin və qətiyyəti sayəsində bölgədə qanunçuluq tam bərqərar edildi.

1999 - Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri arasında Qarabağ nizamlanmasına dair növbəti görüş keçirilib.

2000-ci ildə Azərbaycanln ikinci prezidenti Əbülfəz Elçibəy vəfat edib