"Neftçi" - APOEL matçının biletləri satışa çıxarılıb

21 Avqust 2012 02:16 (UTC+04:00)

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - APOEL matçının biletləri satışa çıxarılıb. Siasport.az saytının məlumatına görə, azarkeşlər bilet almaq üçün aşağıda göstərilmiş satış nöqtələrinə yaxınlaşa bilərlər.

Satış nöqtələrinin ünvanları:

1. Park Bulvar Alış Veriş Mərkəzi

2. Metro Park Ticarət Mərkəzi


Qeyd edək ki, "Neftçi"-APOEL qarşılaşması avqustun 23-ü keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.