Avqustun 28-dən sentyabrın 27-dək Vaşinqtonda görkəmli fırça ustası, Xalq Rəssamı Kamil Nəcəfzadəyə həsr olunmuş "Hər mənada azərbaycanlı rəssam: Kamil Nəcəfzadə" adlı sərgi açılacaq. Tədbirin təşkilatçısı Amerikada fəaliyyət göstərən Qarabağ Fondudur.
Sərgi çərçivəsində rəssamın oğlu, rejissor Şamil Nəcəfzadənin filmlərinin nümayişi də gerçəkləşəcəkdir. Rejissorun dörd filmi ABŞ paytaxtının böyük ekranlarında cümə axşamları göstəriləcək. Rejissor sentyabrın 6-da və 13-də filmlərinin nümayişində iştirak edəcək, tamaşaçıları maraqlandıran sualları cavablandıracaq.