Azərbaycanlı saz ifaçısı Aşıq Əli qalmaqallardan qorxduğunu deyib. Heç kimlə dalaşmaq istəmədiyini dilə gətirib. SİA-ya açıqlama verən aşıq bunları deyib: "Şou-biznes əhlinin hamısı ilə ayrı-ayrılıqda dostam. Qalmaqal yaratmaq mənlik deyil. Eyni zamanda da mənə yaraşmaz ki, kiminləsə mübahisəyə girərək pislik edim. Hamıya da məsləhət görərdim ki, mehriban olsunlar. Hər kəsin özünə görə, hörməti var".