Erməni pedofil-qatilin evini yandırdılar

17 Avqust 2012 14:28 (UTC+04:00)

Rusiyanın Pyatiqorsk şəhərində erməni pedofil qatil Vladimir Ambartsumovun evi yandırılıb. Rusiya mətbuatının verdiyi məlumatta görə, hadisəni törədənlər Vladimir Ambartsumovun öldürdüyü 10 yaşlı Anna Prokopenkonun qisasını alıblar. Hadisə gecə saat 03:00 radələrində baş verib.

Xatırladaq ki, 23 iyul tarixində Vladimir Ambartsumov Pyatiqorskun küçələrinin birində Anna Prokopenkoya rast gələrək özünü kosmetika şirkətlərindən birinin işçisi kimi təqdim edərək ona pul qazanmağı təklif etmişdi. Bundan sonra erməni pedofil qızcığazı şirkətin yaxınlığındakı ofisinə getmək adı ilə yaxınlıqdakı meşəyə apararaq zorlayıb. Daha sonra onu boğub öldürən qatil, meyidi şifer qırıqları ilə örtmüşdü.

Vladimir Ambartsumov məhkəmədə günahını etiraf etmişdi.