Düşmən cavab atəşi ilə susdurulub

17 Avqust 2012 09:46 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan və Voskepar kəndlərində, işğal olunmuş Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Müdafiə Nazirilyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.