Mövcud olmayan ölkənin vətəndaşlarına imtiyaz

16 Avqust 2012 22:59 (UTC+04:00)

SSRİ-nin bütün keçmiş vətəndaşları üçün Rusiya vətəndaşlığı alınmasının sadələşdirilmiş qaydası yenidən tətbiq oluna bilər. Rusiya Federal Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri İdarəsinin rəisi Valentina Kazakova "Exo Moskvı" radiosunun efirində deyib ki, Miqrasiya Xidməti bununla bağlı prezident komissiyası qarşısında məsələ qaldırmağı planlaşdırır.

Onun sözlərinə görə, eyni qayda indi də qüvvədədir. Lakin bu qayda yalnız Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan arasında imzalanmış dördtərəfli saziş çərçivəsində mövcuddur, habelə keçmiş SSRİ vətəndaşlarının ayrı-ayrı kateqoriyalarına tətbiq olunur.