“Ələsgərli” özünü kimlərdən qoruyur?

16 Avqust 2012 16:53 (UTC+04:00)

Azərbaycanlı müğənni Nüşabə Ələsgərli qalmaqal etməyi sevmədiyini dilə gətirib. Xanım Ələsgərli onunla dalaşmaq istəyənlərin də az olduğunu iddia edib. SİA-ya açıqlama verən ifaçı bu vaxtadək heç kimin bostanına daş atmadığını xüsusilə vurğulayıb: "İncəsənətə ilk gəldiyim gündən heç bir həmkarımla dalaşmaq fikrim olmayıb. Çünki hər birimiz normal insanlarıq. Nəyə görə bir-birimizin qəlbinə dəyməliyik? Bu vaxtadək də heç kimin bostanına daş atmamışam. Mənim fikrimcə hec mənimlə də dalaşmaq istəyən tapılmaz".