Heminquey casus idi?

16 Avqust 2012 09:59 (UTC+04:00)

Amerikalı yazıçı və jurnalist Ernest Heminquey məşhur "Zənglər kimin üçün çalır" romanını casusluğu sayəsində yazıb? İddia "Studies en Intelligence" jurnalında nəşr olunan bir məqalədə ortaya atılıb.

‘Foreigny Policy Jurnal" da bu məqaləni əsas götürərək amerikalı yazıçı Ernest Heminqueyin II Dünya Müharibəsi əsnasında Amerika və Rus kəşfiyyatı üçün çalışdığını yazıb. Məsələn, cəbhə jurnalisti kimi Fransaya gedən Heminqueyin çox gizli fransız şəbəkəsi haqqında Amerika üçün məlumat topladığı deyilir.

Başqa iddiaya görə isə, Heminquey antikommunist kimi tanınmasına baxmayaraq Sovet İttifaqının Xalq Komissarlığı ilə yaxın əlaqədə imiş. Hətta o zaman sovet əlaqələri sayəsində İspaniyaya daxil olaraq "Zənglər kimin üçün çalır" adlı məşhur romanını yazmasına kömək olan araşdırmaları da orada aparıb.