“Hürriyət”in məqsədi nədir? ARAŞDIRMA

15 Avqust 2012 17:17 (UTC+04:00)

Bu gün dünya birlikləri arasında ən çox nəzərə çarpan və siyasi dairələr tərəfindən yüksək fikirlərlə dəyərləndirilən, həmçinin, böyük türk dünyasının əsas gücləri kimi qəbul olunan Azərbaycan-Türkiyə qardaşlığı sürətli xətdə inkişaf etdirilir. Hər iki qardaş dövlət arasında əldə edilmiş uğurlu nailiyyətlər, sözsüz ki, bir millət, iki dövlət prinsipindən qaynaqlanan qiymətli məqamlardan da yetərincə güc alır. Və əlbəttə ki, türk dünyasının və bu dünyanın yerləşdiyi bölgənin liderləri olan iki qardaş dövlət arasındakı mövcud əlaqələrin beynəlxalq münasibətlər sistemində bənzəri yoxdur. Belə ki, burada strateji önəmlər də öz əhəmiyyətli rolunu oynayır. Məsələn, bu ilin iyununda Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri zamanı imzalanmış Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) üzrə Hökumətlərarası Müqavilə Azərbaycanla qardaş Türkiyə Cümhuriyyəti arasında olan qırılmaz tellərin mövcudluğunu bir daha təsdiq etdi.

Azərbaycanla Türkiyə arasında münasibətləri gərginləşdirməyə yönəlmiş istənilən cəhd nəticəsiz qalacaq!

Lakin o da bəllidir ki, Azərbaycanla Türkiyə arasındakı qırılmaz tellərə və qardaşlıq münasibətlərinə qıyqacı baxanlar da azlıq təşkil etmir. Və bu daha çox özünü anti-Azərbaycan və anti-Türkiyə dairələrində, xüsusilə, erməni lobbisində daha çox nəzərə çarpır. Müxtəlif dövrlərdə və müxtəlif siyasi proseslərdə bu kimi qüvvələr Azərbaycan-Türkiyə qardaşlığı arasında nifaq salmaq üçün saysız-hesabsız cəhdlər göstərmişlər. Amma söz yox ki, tarix iki dövlət arasında yaşanan qardaşlığın hər zaman sarsılmazlığını sübut etmişdir. Çünki Azərbaycanla Türkiyə arasında münasibətləri gərginləşdirməyə yönəlmiş istənilən cəhd nəticəsiz qalacaq və heç zaman sarsılmaz münasibətlərə kölgə salmaq onlara müyəssər olmayacaq. Belə hallara cəhdlər arasında bir çox məqamlar dayanıb ki, həmin məqamlar daxilində Türkiyə-Ermənistan sərhədlərinin açılması, iqtisadi münasibətlərin bərpa edilməsinə səy göstərilməsi kimi məsələlər dayanıb. Həmçinin, Fransa Senatında qondarma "erməni soyqırımı" qanunun qəbulu istiqamətində aparılan oyunu da sözügedən mövzuya aid etmək olar. Nəticədə istər erməni lobbisinin, istərsə də digər antitürk şəbəkələrin qaranlıq səyləri baş tutmamış, əksinə, Azərbaycan - Türkiyə münasibətləri hər zaman yüksələn xətt üzrə inkişaf etmiş və bu gün də etməkdədir. İqtisadi, strateji və enerji layihələri üzrə bir çox müqavilələrin imzalanmasından sonra antitürk qüvvələrin yenidən riyakar planlar üzərində baş sındıracaqlarından isə təəccüblənmək lazım deyil.

Aydın Doğan və Fatih Çekirge "Həpimiz erməniyik" şüarının Türkiyə üzrə koordinatorları olublar

Bu ərəfələrdə Türkiyənin "Hürriyyət" qəzetində Fatih Çekirge adlı qələm dağarcığının Azərbaycan Resrublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov barəsində öz köşə yazısındakı iftiraları da yuxarıda qeyd edilən fikirlərin, düşmənçilik məqsədlərinin davamıdır. Lakin "Hürriyyət" qəzetinin Türkiyənin "Doğan" qrupuna daxil olduğunu nəzərə alsaq, məsələ daha da aydınlaşır. Məsələ isə ondan ibarətdir ki, "Doğan" qrupuna daxil olan müxtəlif media qurumları və bu qrupun sahibi Aydın Doğan daim öz fəaliyyətlərində erməni lobbisi qarşısında öhdəçiliklər götürüb sifarişlərini yerinə yetirərək həm ölkəmizə, həm də Azərbaycan-Türkiyə münasibətlərinə şər atamaq, böhtan yaxmaq, şantaj etmək yolunu tutublar. Buna misal kimi "Doğan" qrupunun "Həpimiz erməniyik" şüarını ictimailəşdirməsi cəhdlərini də göstərmək mümkündür. Türkiyədə erməni dilində nəşr edilən qəzetin baş redaktoru, milliyyətcə erməni olan Hrant Dinkin ölümündən siyasi maraqları üçün istifadə edən erməni lobbisinin cəhdləri məhz "Doğan" qrupu tərəfindən reallaşdırılmışdı.

Deyilənlərlə yanaşı, bir neçə müddət bundan öncə, "Doğan" qrupa aid televiziya kanalının, daha dəqiq desək, Kanal "D"-nin ana xəbər bülleteninin xüsusi aparıcısı Mehmetali Birandın da Ermənistana səfər etməsini, onun erməni gəncləri ilə veriliş təşkil etməsini, həmin gənclərin Azərbaycan və Türkiyəyə qarşı həqarətlərini canlı yayımda yaymasını göstərmək mümkündür. Özü də həmin veriliş elə bir həssas məqamlarda efirə getmişdi ki, həmin ərəfələrdə ermənipərəst qüvvələr Türkiyə ilə Ermənistan arasında olan sərhədlərin açılması tələbi ilə çıxış edirdilər.

"Doğan" qrupu erməni lobbisi qarşısında satılmış nökər finksiyasını həyata keçirir

Eyni zamanda, o da bəllidir ki, bu gün Azərbaycan vətəndaşlarını vəzifəsindən, kimliyindən asılı olmayaraq, təhqir edən "Hürriyyət"in köşə yazarı Fatih Çekirge "Həpimiz erməniyiz" şüarının Türkiyədə ictimailəşdirilməsi istiqamətində koordinator rolunu oynayıb. O, bu kimi milli dönüklüyü ilə bir daha sübut edib ki, çalşdığı "Doğan" qrupu özü ilə bərabər erməni lobbisinə satılmış nökərlər funksiyasını həyata keçirirlər.

Köşə yazısında kifayət qədər arqumentsizliklərə, qərəzə yol verən Fatih Çekirge erməni dəyirmanına su tökərkən bilməli idi ki, əslində, Azərbaycanın hər bir vətəndaşının təyyarədə nəinki "biznes klass"a, eləcə də, daha artıq "klass"a bilet almağa imkanı yetir. Köşə yazarı olmaqla yanaşı, iqtisadi məsələləri də bilməyə borclu olan Çekirge bu gün Azərbaycanın dünyanın ən aparıcı aviaşirkətləri ilə əməkdaşlıq etməsini də nəzərə almalıdır. Fəqət, Azərbaycan vətəndaşı hər zaman çalışıb ki, hara uçmasından asılı olmayaraq, Türkiyə hava yolları (THY) şirkətlərinin xidmətlərindən istifadə etsin. Çünki bu amil də qardaşlıq jestlərindən, qardaşlıq diqqətindən biri kimi başa düşülməlidir. Amma təəssüf ki, milləti türk olub, Türkiyənin dövlətçiik maraqlarına qarşı çıxış edən Aydın Doğan, Fatih Çekirge kimilər belə jestləri qanmaq, anlamaq iqtidarında deyillər. Çünki onların mahiyyətcə daha çox ermənilərə pərəstiş etmələri çoxdan bəllidir. Axı ermənilər də edilən yaxşılığı dəyərləndirə bilməyən xalq kimi tanınırlar. Bu yerdə türk adının onlara haram olmasını demək yerinə düşərdi. Və yaxşı olardı ki, "Doğan" qrupu Türkiyədə antitürkçülük və antiazərbaycançılıq fəaliyyəti göstərməkdənsə, Ermənistannın çökmüş iqtisadiyyatında fəaliyyət göstərsinlər. Onların pro-erməni fəaliyyətləri buna yetərincə imkan verir.

RÖVŞƏN NURƏDDİNOĞLU